Məhərrəm İncədən Ərdoğanın təkcə onunla salamlaşmasına REAKSİYA - VİDEO
Bizi izləyin

Region

Məhərrəm İncədən Ərdoğanın təkcə onunla salamlaşmasına REAKSİYA - VİDEO

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykalın dəfn mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifətçilərdən yalnız Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə ilə əl-ələ görüşməsi müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, M.İncə bu məsələyə münasibət bildirərək onu tənqid edənlərə cavab verib.

“Həmin an cənab Ərdoğanın başqaları ilə salamlaşıb-salamlaşmadığını belə görmədim. Bunu xəbərlərdən öyrəndim. Mənim şou ilə işim yoxdur, məmləkətim qan ağlayır. Buradan siyasi nəticə çıxarıb məni tənqid edənlər var. Bunlar əxlaqsız insanlardır. Dağıntılar altında insanlarımız var, salamlaşsa nə olacaq, salamlaşmasa, nə olacaq. Mən atayam, babayam, müəlliməm, övladlarım dağıntılar altındadır”- M.İncə bildirib. ("Qafqazinfo")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm