Ən fəlakətlisi İstanbul zəlzələsi olacaq - Qorxulu xəbərdarlıq
Bizi izləyin

Region

Ən fəlakətlisi İstanbul zəlzələsi olacaq - Qorxulu xəbərdarlıq

İstanbulda baş verə biləcək zəlzələdə ehtimal edilən itkilər Türkiyənin daha əvvəl baş vermiş fəlakətdə qeydə alınan itkilərindən çox olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Hürriyyet" qəzeti yazıb.

Bu yaxınlarda bir neçə ekspertin İstanbulda dağıdıcı zəlzələ olacağını proqnozlaşdırdığı vurğulanır. Seysmoloqlar bildirirlər ki, hazırda metropol, Avrasiya və Anadolu tektonik plitələrinin qovşağında yerləşir.

Xüsusilə, İstanbulun Şimali Anadolu qırağının Mərmərə dənizinin altından keçən hissəsindən 15-20 kilometr aralıda yerləşməsi seysmik təhlükə yaradır.

“Gözlənilən zəlzələ Kahramanmaraşda dağıntılar baxımından Türkiyənin itkilərini keçəcək. Zəlzələ yeni sosial və iqtisadi nəticələrə səbəb olacaq”, - deyə qəzet qeyd edir.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm