Səfirliyimizə hücum edən terrorçu İran polisinə belə GÖSTƏRİŞ VERİB - VİDEO
Bizi izləyin

Region

Səfirliyimizə hücum edən terrorçu İran polisinə belə GÖSTƏRİŞ VERİB - VİDEO

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən terrorçunun gülləsi bitdikdən sonra İran polisinə avtomatı gəlib götürmələri ilə bağlı göstəriş verib.

Publika.az xəbər verir ki, həmin anı əks etdirən videogörüntülər sosial şəbəkədə yayılıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terrorçu "Kalaşnikov" markalı avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Bu hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

Həmin videonu təqdim edirik:

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm