"Açarını itirib" evinə yox, kitabxanaya getdi
Bizi izləyin

Region

"Açarını itirib" evinə yox, kitabxanaya getdi

39 yaşlı sərxoş kişi evinin ünvanını səhv salaraq kitabxanaya daxil olub.

Publika.az xəbər verir ki, hadisə Rusiyanın Minusinsk vilayətində qeydə alınıb.

Məlumata görə, özəl mühafizə xidmətinin əməkdaşları kişini saxlayıblar.

Gecə saatlarında kitabxanadan həyəcan siqnalı daxil olub. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri sınmış qapıları görərək içəri keçiblər və öz evində olduğunu zənn edən sərxoş kişi ilə qarşılaşıblar.

Məlum olub ki, sözügedən şəxs daha əvvəl də məhkum edilib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm