Region
Ərdoğandan seçki ilə bağlı ilk həmlə: göstəriş verdi ki...

Türkiyə prezidenti, AKP-nin lideri Rəcəb Tayyip Ərdoğanın seçkilərlə bağlı ilk həmləsi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazır.
Qəzet qeyd edir ki, Ərdoğan Türkiyə Böyük Millət Məclisində qrup toplantısından sonra qapalı toplantı keçirib.
“AKP bir tərəfdən Rifah, HÜDAPAR kimi partiyalarla ittifaq müzakirələri apardığı vaxt, digər tərəfdən, sürpriz şəxslərin deputatlığa namizədliyini irəli sürməyi düşünür. Məqsəd parlamentdə çoxluğu qorumaqdır. Hakim patiya ictimaiyyətə “güclü şəxslərlə seçkiyə gedirik” mesajını verəcək. Ərdoğan toplantıda bildirib ki, nazirləri böyük şəhərlərdən deputatlığa namizəd göstərəcəklər”, - qəzet yazır.
Bu addım Ərdoğanın ilk seçki həmləsi hesab edilir. CHP sədri Kamal Kıçıldaroğlunu vahid namizəd seçən “altılı masa” seçkilrə sürətlə hazırlaşdığı vaxt AKP-nin bir qədər sakitliyi diqqət çəkir. Türkiyəli mütəxəssislər hesab edirlər ki, hakim partiya qarşıdakı 2 ayda seçkinin nəticələrinə ciddi təsir edəcək addımlar atacaq.
Asif

-
Sosial12:55
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:37
Prezident seçkiləri ilə bağlı MSK-da iclas olacaq
-
Sosial12:07
Qənirə Paşayevanın yerinə o seçildi
-
Avropa11:35
Azərbaycan və Ermənistanı cəsarətli addımlarına görə... - Almaniyadan təbrik gəldi
-
Dünya11:05
Yunan nazir Ərdoğana belə təzim etdi - VİDEO/FOTO
-
Hadisə10:25
“Nar Çiçəyim”də dava: Kişini şüşə ilə...
-
Magazin109:48
Sərxan xəstəxanaya yerləşdirildi - Virusa yoluxub
-
Region09:12
Paşinyan tərəfdarlarını topladı: Nəyi müzakirə ediblər?