Kılıçdaroğlu: "Rusiya Türkiyə üçün mühüm qonşu və tərəfdaşdır"
Bizi izləyin

Region

Kılıçdaroğlu: "Rusiya Türkiyə üçün mühüm qonşu və tərəfdaşdır"

Altı müxalifət partiyasından Türkiyə prezidentliyinə namizəd, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Moskva ilə Ankaranın münasibətlərinin gələcək durumunu qiymətləndirib.

Publika.az xəbər verir ki, o, bu barədə “Medya Günlüğü” portalına müsahibəsində deyib.

Siyasətçi diqqətə çatdırıb ki, etimad əsas amil olmalı, bir-birinin daxili işlərinə qarışmaqdan çəkinməli, seçki məsələsində bu və ya digər tərəfi tutan addımlar və ya şərhlər atılmamalıdır.

Kılıçdaroğlunun sözlərinə görə, suveren dövlətlər arasında bəzi fikir ayrılıqlarının qaçılmazdır:

"Buna baxmayaraq, Rusiya Türkiyə üçün mühüm qonşu və tərəfdaşıdr. İnanıram ki, qarşılıqlı hörmət əsasında mövqelərin dəyişməsi üçün heç bir səbəb olmayacaq. Əksinə, inanıram ki, bu mövqelər möhkəmlənəcək”, - siyasətçi bildirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm