Şimali Kipr Prezidentinə hücum cəhdi oldu - FOTO/VİDEO
Bizi izləyin

Region

Şimali Kipr Prezidentinə hücum cəhdi oldu - FOTO/VİDEO

İngiltərənin paytaxtı Londonda danışıqlar aparan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar yunan tələbələrin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə prezidentin "Kings College"də keçirilən konfransa getdiyi zaman baş verib.

Belə ki, konfransdan əvvəl yunan tələbələr kollecin girişində əllərində pankartlarla etiraz aksiyası keçiriblər. Sonra "Türkiyə Kiprdən çıx” şüarları səsləndirərək prezidentin avtomobilinin qarşısını kəsməyə çalışıblar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm