Putin Türkiyəyə səfər edə bilər - Ərdoğan tarixi AÇIQLADI
Bizi izləyin

Region

Putin Türkiyəyə səfər edə bilər - Ərdoğan tarixi AÇIQLADI

"Rusiya Prezidenti Vladimir Putin gələn ay Türkiyəyə rəsmi səfər edə bilər".

Publika.az CNN-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib .

Onun sözlərinə görə, Putin aprelin 27-də "Rosatom"un inşa etdiyi ilk "Akkuyu" atom elektrik stansiyasının açılışında iştirak etmək üçün Türkiyəyə uça bilər. Eyni zamanda Ərdoğan planlaşdırılan görüşün onlayn baş tuta biləcəyini də istisna etməyib.

"Putin açılış mərasimi üçün aprelin 27-də Türkiyəyə uça bilər və ya mərasimdə onlayn iştirak edə bilər", - Ərdoğan bildirib.

Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb. Müzakirə olunan mövzular arasında Ukrayna da olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm