Türkiyə Azərbaycanın bu yardımından danışır: Div rəqəm açıqlandı
Bizi izləyin

Region

Türkiyə Azərbaycanın bu yardımından danışır: Div rəqəm açıqlandı

Azərbaycan Türkiyədə güclü zəlzələnin episentri olan və böyük dağıntıların yaşandığı Kahramanmaraşın yenidən qurulması üçün 100 milyon dollar ayırıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev açıqlama verib.

Türkiyə-Çin Biznesin İnkişafı və Dəstək Dərnəyinin təşkil etdiyi iftar proqramında Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev də iştirak edib.

Adil Əliyev jurnalistlərə verdiyi açıqlamada, 6 fevral zəlzələsinin episentri olan Kahramanmaraşı ziyarət etdiklərini və ötən gün bölgədə araşdırmalar apardıqlarını söyləyib.

Milli Məclisi sədrinin müavini bildirib ki, zəlzələdən dərhal sonra uşaqdan qocaya qədər bütün Azərbaycan Türkiyənin yanında oldu: “Prezidentimiz Kahramanmaraş üçün 100 milyon dollar ayırdı. Şəhərdə Azərbaycan küçəsinin yenidən qurulmasına dəstək verəcəyik. Yaxın vaxtlarda yeni işlərə başlanacaq. Biz də əlimizdən gələni edəcəyik”.

Qarabağın erməni işğalından azad edilməsində Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu vurğulayan Əliyev qeyd edib ki, millətimiz hər zaman bir var olacaq.

Qeyd edək ki, Azərbaycanın bu yardımı Türkiyədə böyük rezonans doğurub və mətbuatın gündəmini zəbt edib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm