AKP-nin binasına SİLAHLI HÜCUM: 12 atəş açıldı - VİDEO
Bizi izləyin

Region

AKP-nin binasına SİLAHLI HÜCUM: 12 atəş açıldı - VİDEO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Adananın Çukurova mahalında yerləşən binasına silahlı hücum olub.

Publika.az xəbər verir ki, binanın qarşısına gələn şəxs partiya qərargahına pompalı tüfənglə atəş açıb və hücum anı mobil telefonla çəkilib.

Partiyanın Adana rayon sədri Mehmet Ay deyib ki, binaya bir nəfər tərəfindən 12 atəş açılıb. Xoşbəxtlikdən hücum zamanı binada heç kim olmayıb.

Son məlumata görə, artıq şübhəli şəxs saxlanılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm