Ukraynada "Koreya ssenarisi" - Arestoviç mesaj verdi, Medvedev "hə" dedi
Bizi izləyin

Region

Ukraynada "Koreya ssenarisi" - Arestoviç mesaj verdi, Medvedev "hə" dedi

Ukrayna hakimiyyəti anlamağa çalışır ki, münaqişənin həlli üçün ölkənin “Koreya ssenarisi” üzrə bölünməsinə cəmiyyət necə reaksiya verəcək.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O qeyd edib ki, Kiyev üçün bu ssenari "ən məqbuldur", çünki bu, "Xreşçatık və ya qərb bölgələrinə bölünməkdən" daha yaxşıdır.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Aretoviç bildirib ki, münaqişə bitdikdən sonra Ukraynada “Koreya ssenarisi” təkrarlana bilər.

Onun sözlərinə görə, hazırda münaqişədən çıxış yolu altı ay və ya üç ay əvvəl nəzərdə tutulduğundan tamamilə fərqli ola bilər.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm