Ərdoğan AÇIQLADI: "Bütün oyunlar bu günü əngəlləmək üçün idi"
Bizi izləyin

Region

Ərdoğan AÇIQLADI: "Bütün oyunlar bu günü əngəlləmək üçün idi"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı iqamətgahında tərəfdarları qarşısında çıxış edərkən ölkəyə qarşı “çirkli oyunların” uğursuzluğa düçar olduğunu deyib.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Bu gün həm vətəndaşlarımızın, həm də gələcəyini bizimlə görən dost və qardaşlarımızın zəfər və şükür dualarının qəbul olunduğu gündür. Seçki qutuları bağlandı və telefon zəngləri gəlməyə başladı. Körfəzdən İngiltərəyə və Rusiyaya qədər hamısı təbrik etdilər, sabah da bu təbriklər davam edəcək.

Türkiyənin son 10 ildə qarşısına qurulan bütün tələlər, üzərində oynanan bütün oyunlar, kürəyinə saplanan bütün xəncərlər, ayağına taxılan bütün kələbçələr bu günü əngəlləmək üçün idi. Alman jurnalları, fransız jurnalları, ingilis jurnalları Ərdoğanı yıxmaq üçün üz qabığını manşet etmədilərmi? Bu üzlükləri onlar yazmayıblar? Bu gün onlar da itirdilər", - Ərdoğan deyib.

Xatırladaq ki, Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda 52 faiz səslə qalib gəlib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm