Ərdoğan qazandı: ABŞ bu “məkrli plan”ı işə salır
Bizi izləyin

Region

Ərdoğan qazandı: ABŞ bu “məkrli plan”ı işə salır

ABŞ Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə əlaqədar bu ölkəyə qarşı sanksiyalar tətbiq edə bilər.

Publika.az xəbər verir ki, bu ssenarini “RİA Novosti”yə müsahibəsində türkiyəli analitik Engin Özer proqnozlaşdırıb.

Ekspert qeyd edib ki, Vaşinqtonun Türkiyə müxalifətini dəstəkləməsi Ankaranın Qərblə münasibətlərinə mənfi təsir göstərə bilər. Belə olan halda ABŞ-ın strategiyası ölkədə iqtisadi böhranın genişlənməsinə nail olmaq olacaq.

Özer vurğulayıb ki, böyük ehtimalla, Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcək. Ərdoğan da öz növbəsində iqtisadi böhranla mübarizə aparmaq üçün dövlətin biznesə müdaxiləsini artırmalı və “vintləri daha da sıxmalı” olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm