Mehmet Barlas VƏFAT ETDİ
Bizi izləyin

Region

Mehmet Barlas VƏFAT ETDİ

Türkiyənin tanınmış jurnalisti Mehmet Barlas bir müddətdir müalicə aldığı Şişlidəki özəl xəstəxanalardan birində 81 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun jurnalistin vəfatı ilə bağlı paylaşım edib.

""Sabah" qəzetinin baş redaktoru Mehmet Barlasın vəfatını dərin hüznlə öyrəndim. Allah Barlas bəyə rəhmət eləsin, ailəsinə, oxucularına, pərəstişkarlarına və bütün media ictimaiyyətimizə başsağlığı verirəm. Məkanı cənnət olsun", - F. Altun başsağlığı verib.

Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın da "Twitter" hesabında paylaşım edərək başsağlığı verib:

"Mətbuat dünyamızın veteranlarından olan cənab Mehmet Barlasın vəfatını böyük kədərlə öyrəndim. Allah rəhmət eləsin. Məkanı vənnət olsun. Ailəsinə və "Turkuaz Media Group"a başsağlığı verir, səbr diləyirəm".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm