Ermənistan Rusiyanın müttəfiqi deyil, narahatıq - Paşinyan
Bizi izləyin

Region

Ermənistan Rusiyanın müttəfiqi deyil, narahatıq - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi deyil.

Publika.az xəbər verir ki, o, bunu mayın 4-də Çexiyaya səfəri zamanı Çexiyanın “CNN Prima News” telekanalına müsahibəsində deyib.

"Bu, heç vaxt ucadan deyilməyib, amma düşünürəm ki, Ukrayna ilə müharibədə biz Rusiyanın müttəfiqi deyilik. Və bu müharibədən, bu münaqişədən narahatıq, çünki münasibətlərimizə birbaşa təsir edir", - deyə Ermənistanın Baş naziri qeyd edib.

Onun sözlərinə görə, İrəvan Qərbdə Moskvanın müttəfiqi hesab edilsə də, Moskvanın özü fərqli fikirdədir və "belə çıxır ki, biz bu vəziyyətdə heç kimə müttəfiq deyilik və buna görə də narahatıq".

“Görünür, bütün bu toqquşmalar arasında hərəkət etmək üçün bir yol var, lakin bu da bir həqiqətdir ki, vəziyyət nə qədər çətinləşsə, manevr imkanları da bir o qədər daralır. Biz manevr edirik, ona görə ki, vəziyyətlə bağlı heç bir fikrimiz yoxdur. Təəssüf ki, həddən artıq çox narahatlıq var ki, bu da bizə başqa narahatlıqların həllində daha çox iştirak etməyə imkan vermir”, - Paşinyan bildirib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm