Gürcüstanın qorxusu: Rusiyaya qarşı bunu etsək, fəlakət olacaq
Bizi izləyin

Region

Gürcüstanın qorxusu: Rusiyaya qarşı bunu etsək, fəlakət olacaq

"Rusiyaya sanksiyaların tətbiqi Gürcüstan üçün fəlakət olacaq".

Publika.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze bildirib.

O qeyd edib ki, Moskvaya qoyulan məhdudiyyətlər respublikada turizmə təsir göstərəcək və ölkə vətəndaşlarının çoxunu borcluya çevirəcək.

“Bu, ölkəmizə fəlakətli iqtisadi təsir göstərəcək. Müqayisə üçün qeyd edək ki, COVID-19 zamanı ölkəmizin iqtisadi tənəzzülü 6,5 olub” - İrakli Kobaxidze bildirib.

Hakim partiyanın sədri vurğulayıb Rusiyaya qarşı sanksiyalar bütün sonrakı nəticələrlə birlikdə dövlətin iqtisadi rifahına mənfi təsir göstərəcək: “10-18% iqtisadi tənəzzül Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi nəticəsində olacaq. Bu, ən azı 200 min iş yerinin ixtisarına, maaşların aşağı salınmasına, fermerlərin məhsullarını sata bilməyəcəklərinə gətirib çıxaracaq, onlar borclu qalacaq”.

Xatırladaq ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Tbilisi sanksiyalar tətbiq etməkdən qəti şəkildə imtina edir və yerli hakimiyyətin fikrincə, bu, ölkə üçün fəlakətə çevriləcək.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm