Region
İran kəşfiyyatı Tehranda 30 terror aktının qarşısını aldı

"Ölkənmin kəşfiyyat xidmətləri İran paytaxtında 30 partlayışın qarşısını alıb".
Publika.az xəbər verir ki, bunu İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi elan edib.
“Xüsusi xidmətlər Tehranın sıx məskunlaşdığı ərazilərdə eyni vaxtda 30 terror partlayışı təşkil etmək olan sui-qəsdin bütün günahkarlarını aşkar edib, zərərsizləşdirib və həbs edib”, - məlumatda deyilir.
Məlumata görə, kəşfiyyatçılar üç əyalətdə - Əlburz, Qərbi Azərbaycan və Tehranda 28 şübhəlini saxlayıb. Onların hamısı "İslam Dövləti terror qruplaşması ilə əlaqəlidir.
Həbslər zamanı cinayətkarların üzərində çoxlu sayda partlayıcı qurğu, o cümlədən saatlı bomba və kamikadze jiletləri aşkar edilib. Bundan başqa, terrorçuların əllərində 17 silah, döyüş sursatı və peyk rabitə vasitələri olub.
Antiterror əməliyyatlarından biri zamanı İslam Respublikasının iki kəşfiyyatçısı yaralanıb.

-
Magazin108:12
Lamiyyə Ələkbərovaya vəzifə verildi
-
Sosial08:00
Yeni il yolkası neçəyə başa gələcək? - QİYMƏTLƏR
-
Avto06:46
İlon Mask "Cybertruck"u təqdim etdi - VİDEO
-
MDB06:16
Rusiya DƏHŞƏT: baba illərlə nəvəsini...
-
Yaxın Şərq05:15
Deputatın ailəsinə hücum: 10 nəfər öldü
-
Magazin203:43
Məşhur aktrisa şalvarsız poza verdi
-
MDB03:13
Rusiyada böyük bazar yanır - VİDEO
-
İdman02:50
"Bu, planlarımızı pozdu" - Qurban Qurbanov