İstanbula uçan təyyarədə YANĞIN: "mavi" kodlu qrup ayağa qaldırıldı
Bizi izləyin

Region

İstanbula uçan təyyarədə YANĞIN: "mavi" kodlu qrup ayağa qaldırıldı

"Aeroflot" təyyarəsi göyərtəsində baş verən yanğınla əlaqədar Şeremetyevoya qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, "Boeing 737800 SU2134" reysi ilə Moskvadan İstanbula uçmalı idi. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra təyyarə komandiri göyərtəsində yanğın olduğunu bildirib.

“Bir qədər sonra o, tüstünün təmizləndiyini görüb və gözləmə yerinə getməyə qərar verib.

Şeremetyevoda “mavi” kodlu təcili xilasetmə qrupu üçün xəbərdarlıq elan edilib. Gözləmə zonasında 15 dəqiqə qaldıqdan sonra komandir uçuş aerodromuna qayıtmaq qərarını elan edib. 20 dəqiqədən sonra təyyarə təhlükəsiz eniş edib. Üç saatdan bir qədər artıq müddətdən sonra "Aeroflot" ehtiyat təyyarə ilə sərnişinləri İstanbula göndərib”, - mənbə yazır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm