Region
İstanbulda bina çökdü: 1 ölü, 8 yaralı - VİDEO/YENİLƏNDİ
"8 vətəndaşımız dağıntılar altından çıxarılıb və ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. 1 vətəndaşın cansız meyiti tapılıb".
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
AFAD hazırda dağıntılar altında heç kimin qalmadığının ehtimal edildiyinin, buna baxmayaraq, axtarış və xilasetmə qruplarının işini davam etdirdiyini açıqlayıb.
"Həyatını itirən vətəndaşımıza Allahdan rəhmət, ailəsinə və yaxınlarına başsağlığı veririk. Xəsarət alan vətəndaşlarımıza tezliklə şəfa diləyirik", - deyə qeyd olunub.
***
Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı yanğınsöndürmə xidmətinin rəhbəri Remzi Albayrak açıqlayıb.
Dağıntılar altında qalanların axtarışları davam etdirilir.
Xatırladaq ki, daha öncə İstanbul valisi Davud Gül dağıntılar altından 7 nəfərin yaralı halda çıxarıldığını açıqlamışdı.
***
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində üçmərtəbəli yaşayış binası çöküb.
Publika.az xəbər verir ki, yerli vaxtla 08.45 radələrində baş verən hadisənin səbəbi məlum deyil.
Məlumata görə, dağıntılar altında qalanlar var. Əraziyə çoxlu sayda yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

























.jpg)














