Rusiyada miqrantları ordudan yayınanlarla eyni cəza gözləyir: görün nə tətbiq ediləcək
Bizi izləyin

Region

Rusiyada miqrantları ordudan yayınanlarla eyni cəza gözləyir: görün nə tətbiq ediləcək

Müəyyən qanun pozuntularına görə Rusiyadan qovulacaq miqrantlar lentə alınacaqlar. Şəxsin ölkədən faktiki qovulmasına qədər bütün proses qeyd ediləcək.

Publika.az xəbər verir ki, bu barədə “Parlamentskaya qazeta” məlumat yayıb.

Qeyd edilib ki, hərbi xidmətdən yayınanların məhkəməyə qədər müşayiətindən tutmuş əcnəbilərin Rusiyadan çıxarılmasına qədər hər şey lentə alınacaq. Bu halda, faylların saxlanma müddəti məhdudiyyətsizdir. Lazım olduğu müddətdə onlar arxivdə qalacaqlar.

Çəkilişlər stasionar İP kameralar, mobil və portativ videoregistratorlar, kameralar, audio və video oxutma cihazları, audio və video proyeksiya avadanlıqlarından istifadə edilməklə aparılacaq.

Xatırladaq ki, bu ilin yayından Rusiyada miqrasiya sahəsində qanunvericilik sərtləşdirilib. Buna ziyarətçilər tərəfindən törədilən cinayətlərin sayının kəskin artması səbəb göstərilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm