Ərdoğan şam yeməyində Ermənistanla münasibətlərdən danışdı: Heç bir töhfə verməyəcək
Bizi izləyin

Region

Ərdoğan şam yeməyində Ermənistanla münasibətlərdən danışdı: Heç bir töhfə verməyəcək

Türkiyə prezidenti Rəcəb Ərdoğan Nyu Yorkda Türk-Amerika Milli Rəhbər Komitəsinin təşkil etdiyi şam yeməyində çıxış edib.

Publika.az-ın məlumatına görə, Ərdoğan deyib ki, Türk-Amerikan icması arasında hansı narahatlıqların yaşandığı bəllidir.

"Məktəb proqramlarını əsassız böhtanlarla dolduraraq uşaqlarımızın, gənclərimizin şüurunu zəhərləməyə çalışan təfəkkürə qarşı ayıq olmalıyıq. Sizin birliyiniz və koordinasiyanız Amerika siyasətçilərinə tarixi həqiqəti bilməyə imkan verəcək.

Tarixçilərin məşğul olması lazım olan məsələlərdən siyasi istifadə və müxtəlif lobbilərdən istifadə bizim Türkiyə-Amerika və ya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətindəki səylərimizə kömək etməyəcək”, - deyə Ərdoğan bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm