Anna Akopyan Əminə Ərdoğanla görüşdü: Ermənistanda ara qarışdı - VİDEO
Bizi izləyin

Region

Anna Akopyan Əminə Ərdoğanla görüşdü: Ermənistanda ara qarışdı - VİDEO

BMT Baş Assambleyasının iclasına gələn müxtəlif ölkələrin liderlərinin həyat yoldaşları ABŞ-ın birinci xanımı Cil Baydenin verdiyi ziyafətdə görüşüblər.

Publika.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın paylaşdığı video sosial şəbəkələrdə reaksiyaya səbəb olub. Kadrlarda onun Türkiyə lideri Ərdoğanın xanımı ilə səmimi söhbət etdiyi görünür.

Eyni zamanda Anna Əminə Ərdoğanla yaddaş üçün şəkil də çəkdirib.

Bu da sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub. Bu görüşə görə Anna Akopyanı təqdir edənlər də var, tənqid edənlər də.

Bir müddət əvvəl sosial şəbəkələrdə Paşinyanın üzündə təbəssümlə Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabını ondan hədiyyə aldığı foto yayılıb.

Hazırkı hakimiyyətin əleyhdarları və ekspertlər Ermənistan və Türkiyə liderlərinin görüşünün BMT-nin mənzil-qərargahında deyil, Türk Evində - Baş Konsulluğun və Türkiyənin daimi nümayəndəliyinin yerləşdiyi binada baş tutmasına da diqqət çəkiblər .

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm