Kobaxidze abxaz və osetinlərə müraciət etdi: Sizi belə qarşılayacağıq
Bizi izləyin

Region

Kobaxidze abxaz və osetinlərə müraciət etdi: Sizi belə qarşılayacağıq

“Ərazilərimizin 20%-nin qanunsuz işğal olunmasına baxmayaraq, biz irəliləməkdə, böyüməkdə və uşaqlarımızın daha yaxşı, daha güclü və daha ləyaqətli Gürcüstanda yaşaması üçün çalışmaqda davam edirik”.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

İrakli Kobaxidzenin sözlərinə görə, hökumət ardıcıl və yorulmadan çalışır ki, Gürcüstanın bütün vətəndaşları öz ölkələri ilə fəxr etsinlər.

“Mən fürsətdən istifadə edib işğal xəttinin o tayında, Abxaziya və Sxinvali bölgələrindəki xalqımıza müraciət etmək istərdim. Bizim bütün addımlarımız xalqımıza kömək məqsədi daşıyır ki, bir gün biz və övladlarımız xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda birlikdə yaşaya bilək. İşğal xəttinin bu tərəfində biz sizi həmişə açıq ürəklə qarşılayacağıq. Biz ölkəmizdəki bütün dağılmış körpüləri bərpa etməliyik”, - deyə baş nazir bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm