Ərdoğandan YENİ UKRAYNA PLANI: "Kəşfiyyat təşkilatımız onlarla əlaqə saxlayacaq"
Bizi izləyin

Region

Ərdoğandan YENİ UKRAYNA PLANI: "Kəşfiyyat təşkilatımız onlarla əlaqə saxlayacaq"

"Türkiyə Ukrayna münaqişəsinin həlli üçün sülh konfransı təşkil etməyə hazırdır".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz bu konfransda olmağa hazır olduğumuzu bildirdik. Həm xarici işlər naziri Hakan Fidan, həm də kəşfiyyat təşkilatımız onlarla əlaqə saxlayacaq. Ümid edirik ki, Türkiyə olaraq bölgədə sülhün bərqərar olmasında iştirak edəcəyik”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, Ukrayna münaqişəsi dialoq və diplomatiya yolu ilə həll edilə bilər. Prezidentin sözlərinə görə, prosesin bütün iştirakçılarının buna inanması lazımdır, lakin indiki vəziyyətdə belə bir nəticə çox uzaqdır.

Sentyabrın 24-də Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı bildirib ki, dünya Ukrayna münaqişəsini həll etməkdən hələ də uzaqdır. Türkiyə liderinin sözlərinə görə, Moskva ilə Kiyev arasında münaqişə üç ildir davam edir. Ərdoğan xəbərdarlıq edib ki, silahlanma yarışı sürətləndikcə diplomatiya üçün məkan daralır.

Sentyabrın 25-də Türkiyə prezidenti ukraynalı həmkarı Vladimir Zelenski ilə görüş keçirib, o, atəşkəs və taxıl sazişi ilə bağlı vədlər verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm