Region
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
Narin Güranın qətlindən bir ay ötür.
Publik.az xəbər verir ki, qətlin kim tərəfindən törədildiyi hələlik açıqlanmasa da, istintaqda mühüm irəliləyiş var.
Ailənin telefon dinləmələri və aparılan araşdırmalar sübut edir ki, Narinin öldüyü gün - avqustun 21-də onun yaxınları mütəşəkkil fəaliyyət göstəriblər. Onlar Narinin qətlini gizlətmək üçün birlikdə hərəkət ediblər.
Məlum olub ki, ailə üzvləri təqib olunduqlarını anlayanda tədbir görməyə başlayıblar. Ailənin kişilərinin iştirak etdiyi ən azı yeddi toplantının keçirildiyi müəyyən edilib. Burada danışıqların eşidilməməsi üçün yüksək səslə musiqi səsləndirilib.
Müəyyən edilib ki, əmi Səlim Güranın göstərişi ilə Hediye Güran, Maşallah Güran və ana Yüksel Güran evdəki xalçaları ən azı iki dəfə yuyublar. Yuma işini baldız Hadiyye Güranın təşkil etdiyi müəyyən edilib.
Hadisədən sonra Səlim Güranın evindəki təhlükəsizlik kamerası qeydlərinin silindiyi də məlum olub. Digər əmisi Hüseyn Güranın evində təsbit edilən səs yazılı təhlükəsizlik kamerası sisteminin isə sıradan çıxarıldığı müəyyən olunub.
Narinin getdiyi məktəbin açarı Güran əmidədir. Onun məktəbə getdiyi və təhlükəsizlik kamerası görüntülərinə baxdığı öyrənilib.
Kameraların sərt diskləri müsadirə edilərək ekspertizaya göndərilib. Silinmiş məlumatların bərpası üçün səylər davam edir. (Oxu.az)
-
Sosial11:00
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
-
Nida Təhlil 10:30
Azərbaycan tarixinin dönüş nöqtəsi: Qələbəmizi bu amillər şərtləndirdi
-
Hadisə10:00
AzTV-nin aparıcısının ailəsində faciə: 2 yaşlı qızı bağçada...
-
ABŞ09:12
ABŞ bu bölgədə dəhşətli müharibə başladacaq: görün hansı dövlətlər cəlb ediləcək
-
MDB09:00
"iPhone 16" bu ölkədə satış rekordu vurdu - Azərbaycanda DAHA BAHADIR
-
Region08:40
Serhat Akın güllələndi - FOTO
-
Yaxın Şərq08:24
"Hizbullah" onun öldürüldüyünü TƏSDİQLƏDİ
-
Region08:12
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib