Region
Zurabişvili bu qanunu imzaladı: Amma “dolayı rüşvətdir” dedi
Gürcüstan prezidenti Salome Zurabişvili məhbuslara kütləvi amnistiya haqqında parlament tərəfindən qəbul edilmiş qanunu imzalayıb.
Publika.az xəbər verir ki, Zurabişvili eyni zamanda, bunu tənqid edərək, sənədi oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçicilərə verilən “dolayı rüşvət” adlandırıb.
“Prezident məhkumların və onların ailələrinin gözləntilərini nəzərə alıb, qanunu imzalayıb. Amma məntiqlə amnistiya ya seçkilərdən sonra, ya da ondan xeyli əvvəl imzalanır”, - prezident administrasiyasının bəyanatında deyilir.
Sentyabrın 17-də Gürcüstan parlamenti 6 minə yaxın məhbusu əhatə edəcək amnistiya qanununu təsdiqləyib. Onlardan 1 mindən çoxu qanun qüvvəyə mindikdən dərhal sonra azadlığa buraxılacaq. Bunun üçün prezidentin imzası lazım idi.
Tural
-
Sosial18:55
Həbs olunan polkovnik və mayora ittiham irəli sürüldü - YENİLƏNDİ
-
MDB17:45
Lukaşenko yenə nüvə ilə hədələdi: Minsk bu ssenariyə hazırlaşır
-
ABŞ16:03
Məni sərtləşdirən o oldu: Melanya Tramp haqda elə şeylər danışdı ki...
-
Dünya15:50
İran İsrailə qarşı böyük müharibəyə başlayır? - ABŞ şok detalları açıqladı
-
Hadisə15:10
TƏCİLİ! Xəzər TV-nin binası tam boşaldıldı - VİDEO/YENİLƏNDİ
-
Hadisə14:56
Bakıda güclü yanğın: Bir neçə avtomobil yandı - VİDEO
-
Köşə14:23
44 günə çin çıxan 30 illik yuxu
-
Avropa12:54
Putin göstəriş verib: Kreml onları Kurska göndərdi