Gürcüstan Qərbin önünə sədd çəkdi: Buna imkan verməyəcəyik
Bizi izləyin

Region

Gürcüstan Qərbin önünə sədd çəkdi: Buna imkan verməyəcəyik

Gürcüstan hər hansı xarici qüvvənin ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərməsinə imkan verməyəcək.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının siyasi şurasının üzvü Givi Mikanadze bildirib.

“Biz xarici qüvvələrə heç bir formada müdaxilə etmək və seçkinin nəticələrinə təsir göstərmək imkanı verməyəcəyik”, - deyə o vurğulayıb.

Mikanadzenin fikrincə, gürcülər öz ölkələrinin növbəti dörd il üçün inkişaf vektoru barədə müstəqil qərar verməlidirlər. Heç bir xarici dövlətin Gürcüstanda seçki prosesinə müdaxilə etmək hüququ yoxdur.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm