Mişustin İrana gedir: bu məsələlər müzakirə ediləcək
Bizi izləyin

Region

Mişustin İrana gedir: bu məsələlər müzakirə ediləcək

Rusiyanın baş naziri Mixail Mişustin sentyabrın 30-da İran İslam Respublikasına rəsmi səfərə gedəcək.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Mişustin İran rəhbərliyi ilə danışıqlar aparacaq.

"2024-cü il sentyabrın 30-da Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustin İran İslam Respublikasına səfər edəcək və İran prezidenti Məsud Pezeşkian və İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə danışıqlar aparacaq", - məlumatda deyilir.

Danışıqlar zamanı Rusiya-İran əməkdaşlığının ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə bütün sektorunun müzakirəsi planlaşdırılır.

Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm