Region
Rusiya iki ölkəyə ordu yeridəcək, NATO-ya bu tarixdə hücum edəcək - Kəşfiyyat
Rusiya Qərblə müharibəyə hazırlaşır, lakin bu qarşıdurmadan öncə NATO üzvləri arasında parçalanma yaratmağa cəhd edə bilər.
Publika.az xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl deyib.
Kahl hesab edir ki, Rusiya tammiqyaslı hücumdan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün lokal əməliyyatlar aparacaq.
“Moskva Şimal Alyansının nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, üzv ölkələrə birbaşa hərbi yardımın göstərilməsi öhdəliklərini pozmağa çalışacaq. Rusiya NATO ölkələrindən biri üçün alyansın digər üzvlərinin “müvafiq reaksiya verməyəcəyi” fövqəladə vəziyyət yaratmağı planlaşdırır”, - o deyib.
BND rəhbəri Norveçin Şpitsbergen arxipelaqına “ərazilərin təmizlənməsi” məqsədilə mümkün “qısamüddətli hücumu” nümunə kimi göstərib. Onun sözlərinə görə, Rusiyanın Şpitsbergendə xüsusi hüquqları var, lakin Oslo son illərdə arxipelaqdakı əcnəbilərə münasibətdə siyasəti son illər sərtləşdirib.
“Rusiyanın lokal müdaxilə hədəflərindən biri rusdilli azlıqları qorumaq bəhanəsi ilə Baltikyanı ölkələr ola bilər. Bu hallarda NATO Nizamnaməsinin 5-ci maddəsi istifadə olunmasa, alyans müdafiə ittifaqı kimi uğursuzluğa düçar olacaq”, - o vurğulayıb.
Almaniya kəşfiyyatının rəhbəri diqqətə çatdırıb ki, bu onilliyin sonuna – 2030-cı ilə qədər Rusiya Qərb ölkələri ilə birbaşa hərbi qarşıdurma aparmaq üçün kifayət qədər resursa malik olacaq. O, Moskvanın Almaniyada siyasətində sağ və sol siyasi qüvvələrə təsir etdiyini də təhlükə olaraq qeyd edib.
Asif
-
Rəsmi xronika14:57Prezidentlərdən bir-birinə simvolik hədiyyələr - VİDEO
-
İdman14:42Yaxın Şərqdəki vəziyyət Formula 1-in planını dəyişir: Bakıda iki mərhələ olacaq?
-
Nida Xəbər 14:24Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı - PAYLAŞIM
-
Magazin114:00Zaur Nəbioğluya vəzifə verildi
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?
-
Sosial11:47Milli Məclisdən tarixi qərar: Bu şəxslərə 20 illik güzəşt olunacaq







































