Region
Gürcüstandan Aİ-yə çağırış: Əl çəkin, şantaj mənasızdır
Gürcüstan üçün pul və ya ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı şantaj yolverilməzdir.
Publika.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
"Almaniya ölkənin Avropa İttifaqına inteqrasiya yolundan çıxması və etirazların yatırılmasına cavab olaraq Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırıb", - bunu isə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib.
“İstər pulla şantaj, istər namizəd statusu ilə şantaj, istərsə də danışıqların açılması və ya açılmaması ilə şantaj bizim üçün qəti şəkildə qəbuledilməzdir. Biz dostluq istəyirik, münasibətlər istəyirik və hər şeyin ikitərəfli olmasını istəyirik”, - Kaladze vurğulayıb.
Kaladzenin sözlərinə görə, Gürcüstan hakimiyyəti maliyyələşdirmə məsələsi ilə şantaj olunmaq istəmir.
Kaladze qeyd edib ki, hər hansı sahənin maliyyələşdirilməsində çətinlik yaranarsa, hakimiyyət Gürcüstan sakinlərinə kömək etməyə hazırdır.
“Əgər ehtiyac varsa, istər hansısa sahəyə maliyyə, istərsə də hər hansı yardım, bu gün Gürcüstan büdcəsi buna hazırdır. Biz xalqa yaxın olacağıq və onlara hər cür kömək edəcəyik”, - Kalaldze bildirib.
Adəm Abbaslı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
































