Region
Ərdoğan terrorçuları SEÇİM QARŞISINDA QOYDU - Ya ölüm, ya da...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorçuların və separatçıların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur.
Publika.az xəbər verir ki, Ərdoğan bu barədə Türkiyənin şimalındakı Samsun şəhərində çıxışı zamanı söyləyib.
“Artıq imperialistlərin agentləri kimi regionumuzda planlar quran terrorçulara qarşı dözümümüz yoxdur, səbr etməyəcəyik. Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birlikdə toprağın altına basdırılacaqlar. Burada üçüncü yol yoxdur”, - Ərdoğan deyib.
O, silah, zorakılıq və terror dövrünün bitdiyini, separatçı terror təşkilatının (PKK-nı nəzərdə tutur – red.) istifadə müddətinin bitdiyini söyləyib.
Türkiyə lideri qeyd edib ki, artıq hamı bu reallığı qəbul etməlidir.
“Vurğulayıram ki, bizim regionda artıq terrora yer yoxdur. Biz min ildir burada yaşayırıq, bu ərazilərin sahibiyik. Biz daimi olaraq burada qalıb azad yaşayacağıq. Ümidvarıq ki, qardaşlıq və qarşılıqlı hörmət əsasında separatçıların nifaq saldıqları sahələri bərpa edəcəyik”, – Ərdoğan bildirib.
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































