Region
Tramp bunu etsə, İran ABŞ-la razılaşmağa məcbur olacaq: Tehranda nədən narahatdırlar?
İranlı politoloqlar ABŞ prezidenti Donald Trampın İslam respublikasına maksimum təzyiq siyasətinə qayıdacağı ilə razılaşsalar da, eyni zamanda onun Tehranla sövdələşməyə getməsi ehtimalını da istisna etmirlər.
Publika.az xəbər verir ki, bu barədə İranın dövlət qəzeti məlumat yayıb.
Nəşrin təxminlərinə görə, Tramp “Rusiya və Çinə təzyiq göstərməyə” cəhd edə bilər ki, onlar İranla əməkdaşlığı dayandırsınlar. Materialda göstərilir ki, İslam Respublikası “Çinlə iqtisadi əlaqələri və Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı itirsə, ABŞ-la razılaşmağa məcbur olacaq”.
Nəşr qeyd edir ki, İranın hazırkı hökuməti Amerika tərəfi ilə danışıqlarda israrlıdır, lakin bu çağırışlar Vaşinqtonda eşidilmir.
“İran hökuməti elə hərəkət etməlidir ki, İran istiqamətində siyasətlə bağlı hələ də ciddi fikir ayrılıqları olan Tramp administrasiyasının xarici siyasət bloku İranla danışıqlar prosesini həyati zərurət hesab etsin”, - materialda deyilir.
Tramp dövlət başçısı kimi ilk dövründə İslam Respublikasına qarşı maksimum təzyiq siyasəti elan etdi, Tehrana qarşı sərt sanksiyalar tətbiq etdi, İranla nüvə sazişindən çıxdı və İsrailə hərbi-siyasi və iqtisadi dəstəyi artırdı. İkinci prezidentlik müddəti ərəfəsində o, nüvə silahı yaratmaq cəhdlərinə görə İranla silahlı münaqişənin baş verə biləcəyini istisna etməyib.
Tural
-
İdman09:30Gürcüstanda ara qarışdı: Kvaratsxeliyaya görə
-
Dünya08:49Kim Çen İnin gizli sualtı silahları...
-
Ekopublika.az08:10Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi
-
Magazin207:35Xalq artisti gənc nişanlısı ilə evlənmək üçün Putindən icazə alacaq
-
Magazin203:44"Friends" serialının aktyoru vəfat etdi
-
Nida Xəbər 02:19“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezident
-
Qoroskop01:40Günün ulduz falı: Xoş etiraflar gözlənilir
-
İdman24 Dekabr 22:56Vernidubun “Neftçi”yə gətirmək istədiyi futbolçunun adı açıqlandı - FOTO













.webp)












