Ərdoğan 3 liderdən gələn siqnalı belə QİYMƏTLƏNDİRDİ - "Onu itirmək istəmirik"
Bizi izləyin

Region

Ərdoğan 3 liderdən gələn siqnalı belə QİYMƏTLƏNDİRDİ - "Onu itirmək istəmirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan münaqişənin həlli perspektivləri ilə bağlı Rusiya, Ukrayna və ABŞ-dan gələn siqnalları müsbət qiymətləndirib.

Publika.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Türkiyə lideri bildirib ki, Ankara sülhə ümidini itirməyib və onu itirmək istəmir.

“Bu yaxınlarda biz Volodimir Zelenskidən eşitdik ki, danışıqlar üçün müvafiq təklif olarsa, o, bizimlə yarı yolda görüşməyə hazırdır. Biz Trampın və Putinin bu məsələ ilə bağlı siqnallarını alqışlayırıq”, – deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə bu kontekstdə mümkün olan hər şeyi etməyə hazırdır.

Fevralın 9-da Zelenski Britaniyanın "İTV News" telekanalına müsahibəsində deyib ki, Avropa və ABŞ Ukraynanı yalnız qoymasa, istənilən formatda danışıqlara razıdır. O, Rusiya lideri ilə mümkün görüşlə bağlı sualı belə cavablandırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm