Region
İran Hörmüz boğazını bağlaya bilər

İran hərbi qüvvələri, lazım gəldikdə Hörmüz boğazını bağlamağa hazır olduqlarını bəyan ediblər.
Publika.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbasda jurnalistlərə açıqlamasında bildirib.
Tanqsiri, “Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlaya bilərik. Lakin biz özümüz boğazdan istifadə etdiyimiz müddətdə bunu etməyəcəyik”, – deyib.
Komandan, ABŞ-ın İran neftinin ixracını dayandırma məqsədinə nail olamayacağını vurğulayıb və Tehranın əsas məqsədinin regional sabitliyi qorumaq və İran nefti və qazının təhlükəsiz ixracını təmin etmək olduğunu bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı maksimum təzyiq siyasətini bərpa etməyə qərar vermişdi. Tramp daha sonra İranla silahlı qarşıdurmaya girməyəcəyini və Tehranla nüvə probleminə dair yeni saziş bağlamaq istədiyini açıqlamışdı.

-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO
-
MDB09:12
Daha bir generala qarşı cinayət təqibi başladı: Nədə ittiham olunur?
-
Nida Xəbər 08:43
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Avropa07:47
Putin-Tramp danışıqlarından sonra Ukrayna PUA hücumlarına məruz qaldı
-
Sosial02:12
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA