Region
Mirzoyan Rusiyaya təşəkkür etdi: Bundan sonra hər yerdə erməni sərhədçiləri olacaq

Türkiyə ilə münasibətlərin normallaşması prosesi davam edir. Diplomatik əlaqələr qurmaqla yanaşı, əsas məqamlar sərhədlərin açılması və nəqliyyat infrastrukturlarımızın işə salınmasıdır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan martın 14-də Milli Assambleyada bildirib.
“Gümrü-Qars dəmir yolunun işə salınması həyati əhəmiyyət kəsb edir və Qara dənizə, Fars körfəzinə qədər bütün nəqliyyat daşımalarında əsas rol oynaya bilər. Bizim müəyyən razılaşmalarımız var, məsələn, Anidəki tarixi körpünün birgə bərpasına razılaşdıq”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, hələ də icra olunmayan sazişlər var, məsələn, üçüncü ölkə vətəndaşlarının sərhəddən sərbəst keçməsi, bu sərhədin diplomatik pasportu olan Ermənistan və Türkiyə vətəndaşları üçün açılması.
“Onu da bilirsiniz ki, fevralın 28-dən etibarən Ermənistan-Türkiyə dövlət sərhədində artıq hökumətin qərarı ilə təmir olunmuş Marqara buraxılış məntəqəsində sərhəd xidməti müstəsna olaraq Ermənistan Respublikasının sərhəd qoşunları tərəfindən həyata keçirilir. Martın 1-dən etibarən respublikanın sərhəd qoşunları Ermənistan Respublikasının bütün sərhəd-keçid məntəqələrində xidmət göstərir. Fürsətdən istifadə edərək, Rusiya Federasiyasına və tərəfdaşlarımıza indiyədək bu xidməti göstərdiklərinə görə təşəkkür etmək istərdim”, - deyə XİN rəhbəri yekunlaşdırıb.
Tural

-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:06
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?
-
Rəsmi xronika11:46
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTO
-
Sosial11:18
Pensiya və sosial yardım alanların nəzərinə!
-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO