Region
Saakaşvilinin cəza müddəti uzadıldı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sərhədi qanunsuz keçdiyi üçün daha 4,5 il müddətinə azadlıqdan məhrum edilib. İndi ümumi cəza 12,5 il olub.
Publika.az xəbər verir ki, bu barədə "Mtavari" telekanalı məlumat yayıb.
Qeyd edilir ki, Saakaşvili Ukraynanın Çornomorsk şəhərindən gələn süd məhsulları olan qoşquda gizlənərək qanunsuz olaraq Gürcüstana qayıtmaqda ittiham olunur.
Saakaşvili bu yaxınlarda dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəllər o, deputat Valeri Qelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qatillərinin əfv edilməsi işlərinə görə 6 il həbs cəzası alıb.
Saakaşvili ona verilən bütün hökmləri siyasi motivli hesab edir və iddia edir ki, hakim “Gürcü arzusu” partiyası onu ömürlük həbsə məhkum etmək istəyir.
Adəm

-
Sosial04:14
Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
-
Avropa03:43
Qutsul davasının təfərrüatları MƏLUM OLDU
-
Səhiyyə01:41
Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT
-
Magazin100:00
"İlhamə Quliyevanın cavabını verən yeganə mən olmuşam”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bunu sözlərlə ifadə etmək çətin ola bilər
-
İdman22 Aprel 23:36
Qalmaqallı boks gecəsi: Rəqibini nokaut etdi, məşqçisinə tüpürdü - VİDEO
-
Sosial22 Aprel 23:12
7 gündür onlardan xəbər yoxdur - Ailələr həyəcan içində / FOTO
-
Magazin122 Aprel 22:36
Röya Ayxanın 130 minlik səhnə tərzi - VİDEO