Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
Bizi izləyin

Region

Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl

CHP sədri Özgür Özəl Saraçhanedə İstanbul Böyükşəhər Bələdiyyəsinin binasında keçirilən mətbuat konfransında çıxış edib.

Publika.az Özəlin çıxışından önəmli məqamları təqdim edir:

"İstanbulluların bu şəhəri əmanət etdiyi Əkrəm İmamoğlu, dünən Beylikdüzündə idik, hekayənin başladığı yerdəydik. Əkrəm İmamoğlunun Rəcəb Tayyib Ərdoğana ilk qolu vurduğu yerdəydik. Türkiyə siyasətində qazanan da var, itirən də. İndiyə qədər məğlub olmayan yalnız tək Əkrəm İmamoğlu var. O, Tayyib Ərdoğanı və təyin etdiklərini məğlub etdi.

Ədalət dəyənəyi ilə Əkrəm İmamoğluna hücum edirlər. Haqsız və qanuna zidd işlərin getdiyini söylədik. Hazırda 106 nəfər həbsdədir. Həbsdə olan bu şəxslər sorğu-sual edilir... İstanbul Böyükşəhər Bələdiyyəsində tender alanların hamısının, bütün səlahiyyətlilər evlərindən götürülüb. 106 nəfərlik cinayət təşkilatı sadə tərifdir. İMM-də eyni vaxtda 325 müfəttiş işləyir. İçəridə nə üçün orda olduqlarını bilməyən kasıb insanlar var.

Onlar necə günahkardırlar? Heç bir dəlil yoxdur. Əməliyyatları şübhəli edəcək bir gizli şahid var. O, İmamoğlu istintaqında əsas fiqur olub".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm