İmamoğlunun həbsxanadan ilk FOTOSU yayıldı: Otaqda kiminlə qalır?
Bizi izləyin

Region

İmamoğlunun həbsxanadan ilk FOTOSU yayıldı: Otaqda kiminlə qalır?

İstanbul Baş Prokurorluğunun “korrupsiya” iddiaları ilə bağlı apardığı istintaq çərçivəsində bir gün əvvəl həbs edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu həbsxanaya göndərilib.

Publika.az xəbər verir ki, həbs olunduqdan sonra ilk gecəsini Silivri Həbsxanasında keçirən Əkrəm İmamoğlu otaqda tək qalır.

İmamoğlu və həbs edilən digərləri üçün həbsxana qaydaları da açıqlanıb:

* Geyindikləri paltarlarla həbsxanaya gətiriliblər. Kənardan paltar gətirə bilərlər, ancaq say məhdudiyyəti var. Yeni paltar gətirmək üçün həbsxana paltarlarını göndərməlidirlər.

* Həbsxana yeməkləri verilir, lakin həbsxana yeməkxanasından da alış-veriş etmək olar. Bu səbəbdən də hər bazar ertəsi yeməkxanaya almaq istədiklərinin siyahısını təqdim edirlər.

* İçəridə nağd pula icazə verilmir. Ailələr öz adlarına həbsxananın bank hesablarına pul yatıra bilərlər. Alış-veriş edərkən bu pul çıxılır.

*Ailələrlə ilk görüş pulsuzdur və istənilən vaxt keçirilə bilər. İlk ziyarətdən sonra ziyarətlər həbsxana rəhbərliyinin müəyyən etdiyi tarixlərdə həyata keçirilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm