İlin ən böyük narkotik partiyası ələ keçdi - Tbilisi hava limanında
Bizi izləyin

Region

İlin ən böyük narkotik partiyası ələ keçdi - Tbilisi hava limanında

Tbilisi Beynəlxalq Hava Limanında Malayziya vətəndaşının baqajında 20 kiloqram marixuana aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs narkotik vasitələri Banqkokdan Tbilisiyə aparmağa cəhd edib. Onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Qeyd edək ki, bu, 2025-ci ildə Gürcüstan polisi tərəfindən aşkarlanan ən böyük narkotik partiyasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm