İran sanksiyaların ləğvi müqabilində bu addımı atacaq
Bizi izləyin

Region

İran sanksiyaların ləğvi müqabilində bu addımı atacaq

Qərb İran xalqının həyatını yaxşılaşdıracaq sanksiyaları ləğv edərsə, Tehran şəffaflığı artırmağa və nüvə proqramına inam yaratmağa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani həftəlik mətbuat konfransında bildirib.

Mohacerani deyib ki, Tehran nüvə sahəsində açıqlığa can atır, lakin məhdudiyyətlərin aradan qaldırılmasının real olacağını və ölkə vətəndaşlarının xeyrinə olacağını gözləyir.

Bundan əvvəl İran hakimiyyəti ABŞ-la dolayı danışıqlar yolu ilə razılığa gəlməyə hazır olduqlarını bildirib. İran prezidenti Məsud Pezeşkianın saytında ölkə dialoqa razı olduğunu, ancaq onun milli maraqlarına hörmət edilməsi şərti ilə bildirilir.

Prezident qeyd edib ki, Tehran bərabər şərtlərlə danışıqlara açıqdır, lakin ABŞ dürüst yanaşmadan imtina edərsə, İran müstəqil hərəkət edəcək. Pezeşkian onu da vurğulayıb ki, ölkə münaqişənin genişlənməsini istəmir, lakin təhdid və təzyiqlərə dözməyəcək.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm