Ərdoğandan zəlzələ ilə bağlı AÇIQLAMA: Vətəndaşlarımız arxayın olsunlar!
Bizi izləyin

Region

Ərdoğandan zəlzələ ilə bağlı AÇIQLAMA: Vətəndaşlarımız arxayın olsunlar!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) İstanbulda yaradılan Böhranın İdarəedilməsi Mərkəzinə gəlib.

Publika.az xəbər verir ki, burada rəsmilərdən baş verən zəlzələ ilə bağlı məlumat alan ölkə başçısı mətbuata açıqlama verib.

"Toplantıda zəlzələnin təsirlərini minimuma endirmək üçün atılan və atılacaq addımları dəyərləndirdik. Qarşıdakı dövr üçün lazım olan göstərişləri verdik. Vətəndaşlarımız arxayın olsunlar. Dövlət olaraq bütün qurumlarımızla 7/24 hazırlıq vəziyyətində olmağa və millətimiz üçün çalışmağa davam edəcəyik. Günorta saatlarından bu yana aparılan tədqiqat işləri nəticəsində zəlzələnin hiss olunduğu şəhərlərdə ciddi bir problem müşahidə olunmayıb”, - Ərdoğan deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm