Region
Rusiya hərəkətə keçdi, Paşinyan devrilir: Görün yerinə kimi gətirirlər - FOTO

Xaricdəki erməni icmaları da Ermənistanda baş verənlərdən narahatdırlar və onlar da müxtəlif geosiyasi mərkəzlərdə Ermənistana gəlib rol oynaya, hökumət qura biləcək siyasi və ictimai xadimlər axtarırlar.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” mənbələrinə istinadən yazıb. Bildirilir ki, Rusiyanın hakim dairələri də Ermənistanın daxili siyasi həyatında "stavka" edə biləcək şəxs axtarırlar. Buna uyğun olaraq müxtəlif çevrələrdə müxtəlif adlar müzakirə olunur.
Məsələn, Artur Canibekyanın adı çəkilir. Son vaxtlar Vanadzordan olan 36 yaşlı rusiyalı politoloq Henrik Sardaryanın adı bəzi akademik dairələrdə müzakirə olunur. O, 15 yaşında Moskva MDBMİ-yə daxil olub, 2010-cu ildə oranı bitirib, hazırda siyasi elmlər doktoru, Hərbi Elmlər Akademiyasının müxbir üzvü, MDBMİ-nin İdarəetmə və Siyasət fakültəsinin dekanıdır. 2020-ci ildə BMT-nin Dövlət İdarəçilik üzrə Ekspert Komitəsində Rusiyanın nümayəndəsi təyin edilib.
O, həm də Rusiya Federasiyası İctimai Palatasının üzvüdür və mütəmadi olaraq Rusiya televiziya kanallarında siyasi tok-şoularda iştirak edir. Onun kifayət qədər millətçi baxışları var, uzun müddət Rusiyada yaşamasına baxmayaraq, millətçi erməni hesab olunur. Rusiyanın bəzi dairələri onun karyerasını vətəni Ermənistanda davam etdirəcəyini istisna etmir.
Tural

-
Region04:44
Türkiyədə toyda DƏHŞƏT: disko topu gəlinin üstünə düşdü - VİDEO
-
Magazin203:13
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
-
Magazin102:42
12 xalı bu ölkəyə verdik - VİDEO
-
Sosial01:11
Arzu Əliyeva Naxçıvan səfərindən VİDEO PAYLAŞDI
-
Art00:30
Qənirə Paşayevanın büstü hazırlandı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Risk edə bilərsiniz
-
Sosial00:00
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
-
Elm və təhsil17 May 22:12
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdılar - VİDEO