Babadağda yamac paraşütü ilə uçan turist qayaya çırpıldı - VİDEO
Bizi izləyin

Region

Babadağda yamac paraşütü ilə uçan turist qayaya çırpıldı - VİDEO

Türkiyənin Fəthiyyə bölgəsində Babadağ dağında yamac paraşütü ilə uçan britaniyalı turist dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verib.

Bildirilir ki, 22 yaşlı əcnəbi aprelin 23-də 29 yaşlı təlimatçı ilə tandem uçuşu edib. Havaya qalxdıqdan az sonra paraşüt qırılaraq, təxminən iki min metr hündürlükdə sıldırım dağın yamacında iti qayalara çırpılıb.

Digər paraplançılar qəza barədə təcili yardım xidmətlərinə məlumat veriblər. Lakin xilasedicilər hadisə yerinə gələndə britaniyalı və təcrübəli pilot artıq ölübmüş.

Yerli hakimiyyət orqanları araşdırmaya başlayıb. Qeyd olunur ki, qəzadan sonra Babadağda bütün yamac paraşütü uçuşları dayandırılıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm