Region
Estoniyada erməni keşiş Paşinyana qonşularla sülh arzuladı: II Qaregin dəli oldu

Ermənistanın baş naziri Nikol Paşinyanın Tallindəki Müqəddəs Qriqori İlluminator kilsəsinə səfəri zamanı Baltikyanı ölkələrin erməni yeparxiyasının primatı, arxiyepiskop Vazgen Mirzəxanyanla söhbəti Eçmiədzini qəzəbləndirib.
Publika.az xəbər verir ki, keşiş Paşinyanı səmimi qarşılaşıb, mehrabda onunla birlikdə dua edib. Bundan sonra o, Ermənistanın baş nazirinə müraciət edərək bildirib ki, qonşularla sülh gündəmində olan proqramlarının uğurlu olması üçün dua edir.
Mirzəxanyanın fikrincə, Ermənistan Baltikyanı ölkələr kimi sülhsevər qonşuluq vasitəsilə öz xalqının gələcəyini təmin edə bilər. Arxiyepiskopun sülhsevər davranışı II Qaregini dəli edib. Bununla bağlı Erməni Apostol Kilsəsi bəyanat yayıb və Mirzəxanyanın sülhsevər davranışını qınayıb.
“Mirzəxanyanın salamlama nitqində eşidilən ifadələr cəmiyyətimizin müxtəlif təbəqələrində fikir ayrılığına, təəssüf ki, onlar həm də siyasi spekulyasiyalara, din xadiminə və kilsəyə qarşı təhqiramiz bəyanatlara səbəb oldu. Yeparxiya rəhbərinin səsləndirdiyi bəzi fikir və mülahizələr çox subyektivdir, fərdidir və kilsənin mövqeyini ifadə etmir", - bəyanatda deyilir.
Tural

-
İnanc23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin121:12
Şəbnəmlə Vəfa barışdı
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
-
Magazin119:50
16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ
-
Mətbəx18:55
Qurbağa əti Bakıda süfrəyə gəldi - Halaldır, yoxsa haram?
-
Nida Xəbər 18:36
Pakistanın Baş naziri Azərbaycana gəlir