Fidan Rubio və Lavrovla nə danışdı?
Bizi izləyin

Region

Fidan Rubio və Lavrovla nə danışdı?

Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, tərəflər Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması istiqamətindəki səyləri müzakirə ediblər.

Hakan Fidan bundan əvvəl amerikalı həmkarı Marko Rubio ilə telefonla danışıb.

Onlar Suriya, Qəzza zolağı və Ukraynadakı vəziyyət daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.

Türkiyənin XİN başçısı Suriyanın “sabitliyi və rifahı baxımından” bu ölkəyə qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.

Tərəflər planlaşdırılan Rusiya – Ukrayna danışıqları barədə fikir mübadiləsi aparıblar. 14-15 May tarixlərində Antalyada keçiriləcək NATO Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində dövlət katibi Rubionun Türkiyəyə edəcəyi səfərin təfərrüatları müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm