Region
Rusiya-Ukrayna danışıqlarının perspektivi: İstanbulun seçilməsi…

Rusiya və Ukrayna nümayəndələri arasında görüşün müsbət yekunlaşması ehtimalı var. Üstəlik, danışıqlar üçün məkan kimi Türkiyənin seçilməsi də təsadüfi deyil.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) xarici əlaqələr şöbəsinin müdir müavini İbrahim Xəlil Qorxmaz məlumat verib.
Onun sözlərinə görə, danışıqlar üçün İstanbulun seçilməsinin məntiqi tərəflərin Türkiyəyə olan inamı ilə bağlıdır.
“Ankara da öz növbəsində münaqişənin sona çatmasının vacibliyi barədə siqnal verir və bununla heç bir eqoist məqsəd güdmür”, - AKP rəsmisi bildirib.
Xəlil Qorxmaz onu da əlavə edib ki, Rusiya-Ukrayna görüşünün müsbət nəticəsi tamamilə mümkündür.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 2025-ci il mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlardan “yaxşı nəticələr” gözlədiyini bildirib.
Akqabay

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi