Zelenski Türkiyəni TƏRK ETDİ
Bizi izləyin

Region

Zelenski Türkiyəni TƏRK ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini başa vuraraq Albaniyaya gedib.

Publika.az xəbər verir ki, bu barədə "Clash Report" "Telegram" kanalı məlumat yayıb.

Albaniyada Ukrayna Prezidenti Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edəcək.

Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında o, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda baş tutacaq danışıqlardan danışıb. İstanbulda danışıqların bu gün axşam və ya ertəsi gün, mayın 16-da baş tuta biləcəyini deyən Zelenski, Ukrayna nümayəndə heyətinə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovun başçılıq edəcəyini də qeyd edib.

Eyni zamanda, Ukrayna Prezidentinin özü danışıqlarda iştirak etməyəcəyini bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm