İstanbulda keçiriləcək danışıqların CƏDVƏLİ
Bizi izləyin

Region

İstanbulda keçiriləcək danışıqların CƏDVƏLİ

Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli görüş cümə günü Bakı vaxtı ilə saat 13:30-da İstanbulda planlaşdırılır. Ondan əvvəl Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Türkiyə-Rusiya-Ukrayna formatında üçtərəfli görüş Bakı vaxtı ilə saat 13:30-da Türkiyə prezident administrasiyasının Dolmabaxçadakı iş ofisində başlayacaq”, - mənbə bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli deyib ki, Türkiyə-ABŞ-Ukrayna görüşünün Bakı vaxtı ilə saat 11:45-də başlaması gözlənilir. O, cümə günü İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqları da istisna etməyib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm