Ərdoğan göstəriş verdi, proses başladı: Türkiyədə bu şəxsləri tərəziyə niyə çıxarırlar?
Bizi izləyin

Region

Ərdoğan göstəriş verdi, proses başladı: Türkiyədə bu şəxsləri tərəziyə niyə çıxarırlar?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə piylənməyə qarşı genişmiqyaslı kampaniya başlayıb.

Publika.az xəbər verir ki, indi vətəndaşların küçələrdə çəkisi ölçülə bilər.

Səhiyyə işçiləri parklarda, avtobus dayanacaqlarında və futbol matçları öncəsi yoldan keçənləri saxlayıb çəki və boy ölçürlər.

Ölçmədən sonra bədən kütləsi indeksi (BMI) hesablanır: əgər 25 və ya daha yüksəkdirsə, şəxs kilo vermək üçün tövsiyələr almaq üçün həkimlərə yönəldilir.

“Çəkini bil – sağlam yaşa” şüarı altında keçirilən kampaniya iyulun 10-dək davam edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, türklərin 30%-dən çoxu piylənmədən əziyyət çəkir. Bu, Aİ-nin orta göstəricisindən təxminən iki dəfə çoxdur. Məsələn, Almaniyada vətəndaşlar arasında piylənmə nisbəti təxminən 19% təşkil edir.

Yeni tədbir sosial mediada tənqid dalğasına səbəb olub. Vətəndaşlar çəkinin məcburi prosedura çevriləcəyindən və ictimai alçaldılma ilə nəticələnə biləcəyindən ehtiyat edirlər. Səlahiyyətlilər bu cür yoxlamaların könüllü olub-olmayacağına hələ aydınlıq gətirməyiblər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm