Region
MAQATE açıqladı: Natanz Atom Stansiyası ciddi şəkildə zədələnib - Sızma var?

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi deyib ki, İranın Natanz uranın zənginləşdirilməsi zavodunda sentrifuqalar İsrailin zərbələri nəticəsində məhv olmasa da, ciddi şəkildə zədələnib.
Publika.az xəbər verir ki, Qrossinin dediyinə görə, sentrifuqalar yerin altındadır və birbaşa vurulmayıb, lakin çox güman ki, elektrik kəsilməsi nəticəsində zədələnib. Onun sözlərinə görə, İsrailin hücumları nəticəsində obyektin yerüstü hissəsi tamamilə məhv edilib.
MAQATE-nin məlumatına görə, İsfahan nüvə mərkəzi də zədələnib, dörd bina qismən dağılıb.
İranın nüvə proqramını məhv etmək İsrailin hücumlarının əsas məqsədidir.
İyunun 14-də MAQATE Natanz obyektində radioloji və kimyəvi çirklənmə barədə məlumat verib. Agentliyin məlumatına görə, İsrailin zərbələri obyektin enerji infrastrukturunu məhv edib. Zavoddan kənarda radiasiya səviyyəsi normal olaraq qalıb.
Tural

-
Nida Xəbər 12:26
“150 sözlə” - jurnalistikada qadın olmaq
-
Region12:22
Rusiya erməniləri səfərbər edir: II Qaregini qorumaq üçün
-
Rəsmi xronika12:07
İlham Əliyevin Berdiməhəmmədov ilə görüşü oldu
-
Sosial11:21
DSMF məlumat yaydı: Ailə başçısını itirənlərə...
-
İdman09:54
Türkiyədə istirahət edən Lalə elə FOTOLAR paylaşdı ki…
-
Magazin108:48
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Magazin106:16
“Mənzurə müğənni oğlana ərə gedir” - VİDEO
-
ABŞ04:44
Dünya Ticarət Mərkəzinə ildırım düşdü - ANBAAN VİDEO